Simsar.az | bizi özünüzə Simsar bilin
"Küllü miqdarda" ifadəsinin dəqiq qiyməti bilindi

Korrupsiyaya qarşı mübarizə Milli Məclisdən gəldi

Simsar.az-ın xəbərinə görə, iyunun 24-də Milli Məclisin sonuncu növbədənkənar sessiyasında Cinayət Məcəlləsinə edilən əlavə və dəyişikliklər bunu ehtiva edir.

Dəyişikliklərə əsasən, Azərbaycan vətəndaşları və ölkədə daimi yaşayan vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənarda törətdikləri korrupsiya cinayəti və qulluq mənafeyi əleyhinə olan digər cinayətə görə xarici dövlətdə məhkum olunmayıblarsa, Cinayət Məcəlləsi əsasında cinayət məsuliyyətinə cəlb ediləcəklər.

Eyni zamanda, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycandan kənarda beynəlxalq təşkilatların vəzifəli şəxsləri, parlament assambleyalarının üzvləri, beynəlxalq məhkəmələrin vəzifəli şəxsləri və hakimləri olan Azərbaycan vətəndaşlarının iştirakı ilə korrupsiya cinayəti və qulluq mənafeyi əleyhinə olan digər cinayəti törətdikləri halda və həmin cinayətə görə xarici dövlətdə məhkum olunmadıqda, bu məcəllə əsasında cinayət məsuliyyətinə cəlb ediləcəklər.

Həmçinin, Cinayət Məcəlləsində işlədilən “külli miqdar” ifadəsi isə “5 min manatdan artıq olan məbləğ” ifadəsi ilə əvəzlənib.

24 İyun, 2011  20:50 Baxılıb: 1061

Bu bölmədə