KXCP-nin II qurultayı başladı
Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) II (VII (X)) qurultayı öz işinə başlayıb. APA-nın məlumatına görə, qurultayda say və mandat komissiyaları, sədarət və katiblik seçilib. İclasa sədrlik edən Mirmahmud Mirəlioğlu deyib ki, qurultaya nümayəndə seçilən 323 nəfərdən 240 nəfər tədbirə qatılıb. Qurultaya göndərilən təbrikləri diqqətə çatdırdıqdan sonra AXCP-nin birinci sədri Əbülfəz Elçibəyin 24 iyun - doğum günü münasibətilə mərhum partiya rəhbərinin doğulduğu Ordubad rayonu Kələki kəndində keçirilən “Türklük günü” bayramının iştirakçıları ilə telefon bağlantısı həyata keçirilib. Sonra qurultayda iştirak edən qonaqlar - İctimai Palatanın Koordinasiya Şurasının üzvü Pənah Hüseyn, AXCP sədrinin müavini Nurəddin Məmmədli, vəkil Qurban Məmmədov, politoloq Mübariz Əhmədoğlu, AMİP-in baş katibi Arzuxan Əlizadə, Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli, Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı və digərləri bu tədbir və partiyanın fəaliyyəti ilə bağlı öz fikirlərini bildiriblər.
24 İyun, 2011 20:00 ⁄ Baxılıb: 1097
Bu bölmədə26 Aprel, 2024 İlham Əliyev Berlindədir17 Aprel, 2024 İlham Əliyev qəbul keçirdi |