Simsar.az | bizi özünüzə Simsar bilin
BATUMİ-BAKI AVİAREYSİ HƏFTƏDƏ ÜÇ DƏFƏ HƏYATA KEÇİRİLƏCƏK

Gürcüstanın «Georgian Airlines» aviaşirkəti yay mövsümü ilə əlaqədar Batumi-Bakı birbaşa sərnişin aviareysini istifadəyə verib

Heydər Əliyev Beynəlxalq Aeroportundan verilən məlumata görə, Bakıdan Batumiyə uçuşlar hər həftənin I, II və VI günləri saat 21:10-da yerinə yetirilir: «Hər iki istiqamətə bir aviabiletin minimal qiyməti 267 manat təşkil edir. Mövsümi xarakter daşıyan aviareys üzrə uçuşlar cari ilin sentyabrın sonunadək həyata keçiriləcək».

Qeyd edək ki, hazırda Azərbaycanla Gürcüstan arasında Bakı-Tiflis aviareysi üzrə («Azərbaycan Hava Yolları» QSC) də uçuşlar yerinə yetirilir.

24 İyun, 2011  19:53 Baxılıb: 4018

Bu bölmədə