Simsar.az | bizi özünüzə Simsar bilin
PREZİDENT LÜKSEMBURQUN BÖYÜK HERSOQUNU TƏBRİK EDİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Lüksemburqun Böyük Hersoqu Anrini təbrik edib

Məlumatı AzərTAc dövlət agentliyi yayıb.

Təbrikdə deyilir: “Milli bayramınız – Böyük Hersoqun təvəllüd günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm. Əminəm ki, Azərbaycan-Lüksemburq münasibətləri, dostluq və əməkdaşlıq əlaqələrimiz xalqlarımızın mənafelərinə uyğun olaraq daim inkişaf edəcək və genişlənəcəkdir. Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Lüksemburq xalqına sülh və firavanlıq arzulayıram”.

23 İyun, 2011  02:37 Baxılıb: 1049

Bu bölmədə