Simsar.az | bizi özünüzə Simsar bilin
BARAK OBAMA XALQA MÜRACİƏT EDƏCƏK

ABŞ prezidenti Barak Obama bir il ərzində Əfqanıstandan təxminən 10 min hərbçini çıxarmaq niyyətindədir

"Associated Press"in məlumatına görə, bu axşam o millətə müraciət edəcək. ABŞ prezidentinin çıxışını ölkənin bütün əsas telekanalları translyasiya edəcəklər.

Pentaqondakı mənbələrin dediklərinə görə, yayın sonunadək Əfqanıstanı 5 min amerikalı hərbçi tərk edə bilər.

5 min amerikalı isə qışda və ya gələn ilin baharında çıxarılacaq.

Hazırda Əfqanıstanda təqribən 100 min amerikalı hərbçi var. NATO-nun Əfqanıstandakı qoşunlarının komandanı general Devid Petreus iyul ayında vəzifəsinni tərk edəcəki və ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinə direktor təyin ediləcəyi gözlənilir.

23 İyun, 2011  02:26 Baxılıb: 1053

Bu bölmədə