Simsar.az | bizi özünüzə Simsar bilin
HİDAYƏT ORUCOVDAN ACI ETİRAF

“Siyasiləşmiş radikal dini qrupları  zərərsizləşdirmək mümkün deyil”

“Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi - 10 il” mövzusunda keçirilmiş “dəyirmi masa”nın iştirakçıları Azərbaycan prezidenti İlham Əliyevə müraciət ünvanlayıblar. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, müraciətdə Azərbaycan prezidentinin 21 iyun 2001-ci il tarixli, 512 saylı fərmanı ilə DQİDK-nin yaradıldığı xatırlanır. Müraciətdə təəssüflə qeyd edilib ki, Dövlət Komitəsinin ilk beş illik fəaliyyətində çoxsaylı ciddi nöqsanlara yol verilib, nəticədə qarşıya qoyulmuş məqsədlərə çatmaq mümkün olmayıb. Lakin Azərbaycan prezidentinin təşəbbüsü və sərəncamı ilə 25 iyul 2006-cı ildə rəhbərliyi dəyişdirildikdən sonra Dövlət Komitəsinin fəaliyyəti tamamilə yenidən qurulub, qarşısına qoyulmuş vəzifələrin uğurla icra edilməsi, kadr potensialının formalaşdırılması, zərərli dini cərəyanların və ekstremist meyllərin qarşısının alınması, eləcə də bu sahədə mövcud problemlərin həlli istiqamətində xeyli iş görülüb və önəmli nəticələr əldə edilib: “Bununla belə, ümumiyyətlə, regionda dini problemlər mürəkkəb olduğu və həlli müəyyən zaman tələb etdiyi üçün ölkəmizdə uzun müddət ərzində siyasiləşmiş radikal dini qrupları və təriqətləri birdəfəlik zərərsizləşdirmək, eləcə də dini maarifləndirmə sahəsində mövcud boşluqları tamamilə aradan qaldırmaq hələ də mümkün olmayıb”.

Müraciəti DQİDK sədri Hidayət Orucov, QMİ sədri Şeyxülislam Allahşükür Paşazadə və “dəyirmi masa”da iştirak etmiş digər dini icma rəhbərləri imzalayıblar.

22 İyun, 2011  21:15 Baxılıb: 1268

Bu bölmədə