Simsar.az | bizi özünüzə Simsar bilin
Barrozo İlham Əliyevdən açıq müzakirə gözləyir

Görüş yanvarda razılaşdırılıb

Avropa Komissiyasının sədri Joze Manuel Barrozo (Jose Manuel Barroso) Azərbaycan prezidenti ilə enerji məsələlərini müzakirə etmək fikrindədir, o cümlədən «Cənub dəhlizi» layihəsinin həyata keçirilməsini.

Bu barədə Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyi məlumat yayıb.

Görüşdən əvvəl J. M. Barrozo bunları deyib:

«Mən prezident Əliyevlə açıq və məhsuldar müzakirəni səbirsizliklə gözləyirəm. Biz ikitərəfli münasibətlərdə əldə olunmuş irəliləyişləri və bir sıra vacib enerji məsələlərini müzakirə edəcəyik. Bura mənim yanvarda Azərbaycana səfərim zamanı razılaşdırılan, Avropa Birliyi ilə Azərbaycanın ümumi strateji məqsədi olan «Cənub qaz dəhlizi» layihəsinin həyata keçirilməsi də daxildir. Görüşdə mən Azərbaycanın inkişafı və müasirləşməsi üçün siyasi islahatların və qanunun aliliyinin önəmini də qeyd edəcəyəm».

İyunun 22-də Azərbaycan prezidenti İlham Əliyev Brüsselə səfəri çərçivəsində AB prezidenti German van Rompey (Herman Van Rompuy), Avropa Komissiyasının sədri Joze Manuel Barrozo, Avropa Parlamentinin sədri Yerji Buzek (Jerzy Buzek) və AB-nin Avropa Qonşuluq Siyasəti üzrə komissarı Ştefan Füle (Štefan Füle) ilə görüşəcək.

22 İyun, 2011  20:01 Baxılıb: 1184

Bu bölmədə