Simsar.az | bizi özünüzə Simsar bilin
KÜRD SİYASƏTÇİLƏRİNDƏN ƏRDOĞANA HÜCUM -ÜSYAN

Natiq Diclen: “Türkiyə demokratiyası gücləri, ziyalıları da susqun qalmayacaq, qalmamalıdır”

Yüksək Seçim Kurulunun (MSK) bağımsızlardan namizəd olan Natiq Dicleni millet vekili kimi təsdiqləməmsi kürdlərin partiyası kimi tanınan BDP-nin sərt mövqe sərgiləməyə vadar edib. 

Simsar.az saytının məlumatına görə, Türkiyə mətbuatı seçkidə namizədlərini Bağımsızlar adı altında dəstəkləyən BDP-nin yetkilisi, Demokratik Toplum Konqresi həmsədri Ahmet Türkün çıxışını yayıb.

O deyib: "Xalqımızın əli qolu bağlı qalmayacaq.
Bu, Türkiyəni xaosa sürüməyə dönük bir qərardır. Son dövrdə demokratik siyasətin önünü açmaq üçün sıx bir səy və böyük fədakarlıqlar göstərildi. Bu qərar həqiqətən dövlətin Kürd probleminə və onun həll anlayışına yanaşmasının nə olduğunu açıq şəkildə ortaya qoydu muşdur. Təbii ki, demokratik zəminin sürüşdürülməsi, itirilməsi vəziyyətində, bəzilərinin də bunu görməsi lazımdır. 

Biz uzun müddətdən bəri demokratik bir Konstitusiya, demokratik xalq, demokratik respublika və demokratik muxtariyyət layihələrinin həyata keçirilməsi mövzusunda çox əhəmiyyətli səylər sərf etdik. Ancaq bu səyləri ortadan qaldıran bu anlayış, xalqa da xalqın iradəsinə də hesab verəcək. Xalqımız bu hüquqsuz qərarı əlbəttə demokratik reaksiyasını göstərəcək.Xalqımız belə qərarlar qarşısında da əli qolu bağlı qalmayacaq. 

Türkiyə demokratiyası gücləri, ziyalıları da susqun qalmayacaq, qalmamalıdır.Çünki bu layihə və proqramlar, Türkiyəni xaosa sürüyən bir tətbiqdir. Bu xaos mühitindən hamımız böyük ağrıları yaşaya bilərik. Bu səbəblə mətbuatdan, demokratik ictimaiyyətdən, demokratik güclərdən bu qərara qarşı, demokratiya üçün xalqların qardaşlığı üçün ortaq bir reaksiyanın inkişaf etdirilməsini istəyirik, gözləyirik. Söylədiklərimizin arxasında dayanacağıq!”

Anar İsaoğlu

22 İyun, 2011  19:35 Baxılıb: 1413

Bu bölmədə