Simsar.az | bizi özünüzə Simsar bilin
YAP-dan rəqiblərinə dost qayğısı

Müxalifət partiyalarına pul verilsin

“Yeni Azərbaycan Partiyası (YAP) parlamentdə təmsil olunan siyasi partiyaların dövlət büdcəsindən maliyyələşməsini istəyir". Bunu SalamNews-a YAP-ın icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov bildirib.

O deyib ki, əsas maliyyələşmənin prinsipləri müəyyənləşməlidir: “Hesab edirik ki, Milli Məclisdə təmsil olunan siyasi partiyalar dövlət büdcəsindən maliyyələşməlidir. Ayrılan maliyyə vəsaiti isə həmin partiyaların aldığı səslərə uyğun bölünməlidir. Bu cür təcrübədən hazırda dünya dövlətlərində çox istifadə olunur”. Hakim partiyanın rəsmisi vurğulayıb ki, bu məsələ gündəmə gələndə konkret hansı addımların atılacağı bəlli olacaq.

Siyavuş Novruzov 8 siyasi partiyanın bir arayagəlmə təşəbbüsü dəstək qazanmadığı üçün parlament seçkiləri zamanı yaradılmış “Qarabağ” blokunun bərpası məsələsinə münasibət bildirib: “Siyasi partiyalar haqqında” qanunda göstərilir ki, hər bir siyasi partiya hər hansı sərbəst qərar qəbul edə bilər. O cümlədən, istənilən partiya hər hansı təşkilat yarada, ayrıla və yaxud birləşə bilər. Bu onların hüququdur. Biz onların qərarlarına hörmətlə yanaşırıq”.

22 İyun, 2011  19:15 Baxılıb: 1302

Bu bölmədə