Simsar.az | bizi özünüzə Simsar bilin
RUSİYADA TƏYYARƏ QƏZA ENİŞİ EDİB

Bu səhər “Boeing-735” sərnişin təyyarəsi Rusiyanın Rostov şəhərinin hava limanına qəza enişi edib

RİA “Novosti”nin verdiyi məlumata görə, hadisə nəticəsində xəsarət alan olmayıb. 

Rostov-Moskva marşrutu ilə uçan və göyərtəsində 81 sərnişin olan təyyarə Rostov hava limanından yerli vaxtla saat 07.58-də (08.58)-də yola düşüb. Rusiya Federasiyası Fövqəladə Hallar Nazirliyinin Rostov vilayəti üzrə Baş İdarəsinin məlumatına görə, saat 08.25-də pilot kabinəsində problem yaranıb. Bu səbəbdən qəza enişi barədə qərar qəbul edilib. 20 dəqiqə sonra təyyarə Rostov hava limanına geri qayıdıb və uğurlu eniş edib.

Rostov hava limanının məlumat xidmətindən bildirilib ki, qəza enişi edən təyyarənin sərnişinləri Moskvaya saat 12.45-də (Bakı vaxtı ilə 13.45) yola salınacaqlar.

22 İyun, 2011  18:48 Baxılıb: 1008

Bu bölmədə