Simsar.az | bizi özünüzə Simsar bilin
"KAZAN GÖRÜŞÜNDƏ İNQİLABİ DƏYİŞİKLİK OLMAYACAQ"

Respublika partiyasının parlament fraksiyasının üzvü Qaqik Minasyan əsas prinsiplərin imzalanmayacağını düşünür

Ermənistan və Azərbaycan prezidentlərinin Kazan görüşü zamanı Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə inqilabi dəyişikliklər olmayacaq, yəni əsas prinsiplər imzalanmayacaq.“Armtoday”a istinadən verdiyi xəbərə görə, bunu Ermənistanın hakim Respublika partiyasının parlament fraksiyasının üzvü Qaqik Minasyan keçirdiyi mətbuat konfransında bildirib. Minasyan həm ATƏT-in Minsk qrupuna üzv həmsədr ölkələrin başçılarının Dovil bəyanatı, həm də ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikin bəyanatındakı aksent dəyişikliyinə əsaslanaraq qeyd edib ki, “Madrid prinsipləri” ciddi dəyişikliklərə məruz qalıb. O hesab edir ki, həmsədr ölkələr erməni tərəfinin yorulmadan təkrar etdiyi status və Qarabağ əhalisinin təhlükəsizliyinin təmin edilməsi məsələlərinə daha çox diqqət yetirməyə başlayıb. Bununla yanaşı Minasyan qeyd edib ki, Azərbaycan nizamlanmanın ayrıca prinsiplərinə aid olan ərazilərin boşaldılması və qoşunların Dağlıq Qarabağ və ona bitişik 7 rayondan çıxarılmasını bəyan etməkdə davam edir.

Bütün bu və digər amilləri nəzərə alan erməni deputat hesab edir ki, Kazan görüşündən irəliləyiş gözləmək yersizdir. O bildirib ki, bu tip münaqişələrdə inqilabi dəyişikliklər olmur.

22 İyun, 2011  02:16 Baxılıb: 1191

Bu bölmədə