Simsar.az | bizi özünüzə Simsar bilin
LİVİYADA NATO-NUN PİLOTSUZ VERTOLYOTU VURULUB

Apaçi vertolyotu Zlitan şəhərində yerə düşüb

Liviya dövlət televiziyası NATO qüvvələrinə məxsus olduğu ehtimal edilən pilotsuz döyüş vertolyotunun qalıqlarını nümayiş etdirib. Liviya rəsmilərinin sözlərinə görə Apaçi vertolyotu paytaxt Tripolidən 135 kilometr şərqdəki Zlitan şəhərində vurulub. 

NATO rəsmiləri vertolyotun vurulduğunu təkzib etsə də, Liviya səmasında pilotsuz vertolyotun yoxa çıxdığı faktını təsdiqləyib. Liviya səmasında kəşfiyyat xidməti yerinə yetirən vertolyotun radarlardan yoxa çıxdığı bildirilir.

22 İyun, 2011  01:50 Baxılıb: 1220

Bu bölmədə