Simsar.az | bizi özünüzə Simsar bilin
VİKTOR YANUKOVİÇ AŞPA-DA ÇIXIŞ EDİB

Avropa Şurası Parlament Assambleyasının yay sessiyası çərçivəsində növbəti iclas keçirilib

Ukraynanın Avropa Şurası Nazirlər Komitəsi sədrliyi ilə əlaqədar bu ölkənin prezidenti Viktor Yanukoviç AŞPA üzvləri qarşısında çıxış edib. Ukrayna prezidenti ölkəsinin Avropa Şurası və eləcə də Avropanın digər institutları ilə münasibətləri haqda danışıb. 

Ukraynanın dövlət başçısı təşkilatda gedən islahatlara toxunaraq, təşkilatın irəli getməsi üçün üzv ölkələrin Avropa standartlarına yaxınlaşmaları istiqamətində islahatların aparılmasının vacibliyini vurğulayıb. O buna misal olaraq Ukraynada geniş Konstitusiya islahatlarına start verildiyini misal gətirib. Viktor Yanukoviç AŞ-nın fəaliyyətini vacib sayaraq, bu qurumun demokratiya, insan hüquqları kimi əsas prinsiplərin müdafiəçisi olmaqla bərabər AŞ-nın üzv ölkələrdəki dondurulmuş münaqişələrin həll edilməsindəki rolunu çox əhəmiyyətli hesab edib. Dnestryani bölgənin vəziyyəti haqda danışan Viktor Yanukoviç bu məsələnin güc tətbiq etmədən beynəlxalq hüquq normalarına uyğun həll edilməsinin vacibliyini vurğulayıb və tərəfləri bu məsələdə daha səbirli olmağa çağırıb.

Yuliya Timoshenkonun ölkədən çıxmasına qadağa qoyulmasına dair sualı cavablandıran Yanukoviç Ukrayna prezidenti olaraq ölkənin məhkəmə sisteminə və baş prokurorluğuna göstəriş verməyə hüququnun olmadığını bildirib: “Prinsiplərə gəldikdə isə çox istərdim ki, Ukrayna siyasətçiləri sərhəd məhdudiyyətini tanımasınlar və istədikləri ölkələrə gedə bilsinlər. Mən əksinə çalışıram ki, Ukraynada bütün siyasi qüvvələr arasında konsolidasiya yaradım”.

22 İyun, 2011  01:42 Baxılıb: 980

Bu bölmədə