Simsar.az | bizi özünüzə Simsar bilin
1 dollara görə bankı yardı

Verone bunu məhbusların pulsuz müayinəsi xidmətindən yararlanmaq üçün edib

ABŞ-ın Şimali Karolina əyalətinin Gastonia şəhərində yaşayan 59 yaşlı Riçard James Verone 1 dollar üçün bank soyub.  
Simsar.az Türkiyə mətbuatına istinadən bildirir ki, Verone bunu həbsə düşməsi, daha doğrusu məhbusların pulsuz müayinəsi xidmətindən yararlanmaq üçün etdiyini deyib.

Polisin məlumatlarına görə, Verone banka girərək xidmətçi xanıma hədə qorxu gəlib.
“Silahım var! Mənə sadəcə 1 dolar verin” yazılı tələb edən “soyğunçu” bank işçilərindən polisə zəng etmələrini xahiş edib.
Polisə təslim olan Veronenin üstü axtarılıb, lakin silah tapılmayıb.

Jurnalistlərə açıqlamasında Verone bildirib ki, məqsədi bank soymaq deyil, pulsuz müalicə almaq olub.

Bir neçə xəstəlikdən əziyyət çəkən, lakin tibbi sığortası olmayan Verone hesab edir ki, onu gözləyən 3 illik həbs müddətindı pilsuz müalicə olunacaq: “Mən məntiqli insanam və düşünərək bu addımı atmıçam. Çünkü tıbbi yardıma ehtiyacım var.

Amma “silahlı soyğun” əvəzinə “hədə-qorxu” maddəsilə həbsə alınan Veronenin cezası 12 aya qədər olacağı gözlənilir.

Verone bu ayın 28-də məhkəməyə çıxarılacaq.

RAMİL

21 İyun, 2011  21:32 Baxılıb: 1597

Bu bölmədə