Simsar.az | bizi özünüzə Simsar bilin
BƏŞƏR ƏSƏD YENİDƏN ÜMUMİ AMNİSTİYA ELAN ETDİ

Ölkənin iri şəhərlərində isə Bəşər Əsədə dəstək aksiyaları keçirilir

Suriyanın paytaxtı Dəməşqdə prezident Bəşər Əsədə dəstək aksiyası keçirilir. Kütləvi nümayişlərdə on minlərlə adam iştirak edir. Suriya prezidentinin portretlərini və dövlət bayraqlarını daşıyan kütlə Bəşər Əsəd lehinə şüarlar səsləndiriblər. Analoji aksiyalar Suriyanın Aleppo, Latakiya və Dəraa şəhərlərində də keçirilir.

Suriya prezidenti ölkədə növbəti dəfə ümumi amnistiya elan edib. Bu barədə Suriya dövlət televiziyası məlumat verib. Amnistiya 2011-ci il 20 iyun tarixinədək cinayət törədənlərə, eləcə də may31-də elan edilmiş amnistiyadan sonra keçirilən etiraz aksiyalarında həbs olunanlara şamil edilir.

21 İyun, 2011  20:58 Baxılıb: 1034

Bu bölmədə