Simsar.az | bizi özünüzə Simsar bilin
Duz necə istehsal olunur?...

“Azərsun Holdinq” jurnalistləri duzlu suyun saxlanılmasından duzun qablaşdırılmasınadək olan mərhələylə tanış etdi

Bu gün media nümayəndələri "Bizim Duz" və "Azərduz" markalarının istehsal edildiyi Masazır Duz Zavoduna ziyarət edib, duzun istehsalı prosesilə yaxından tanış olublar.  

Jurnalistlər Masazır gölündən suyun götürülməsindən duzun qablaşdırılmasınadək olan prosesi izləyiblər.

Zavodun istehsalat müdiri Ceyhun Salmanov bildirib ki,
130 nəfərin işlədiyi zavodda il ərzində 90 min ton duz isrehsal olunur ki, bu da yerli tələbatdan iki dəfə çodur. Xarici bazarlara da məhsul çıxaran Masazır Duz Zavodu “ekstra”, “əla”, “birinci” və “ikinci” növlərində duz istehsal edir.

Duz zavodunun gündəlik emal gücü 100 tondur. Zavod tam gücü ilə işə düşdükdən sonra isə bu rəqəmin 300 ton olacağı nəzərdə tutulub. Yalnız bundan sonra qurum gəlirlə işləyəcək.
Masazır Duz Zavodu ölkə əhalisini keyfiyyətli duzla təmin etmək üçün biznes deyil, sosial məqsədlər üçün yaradılıb.
C.Salmanovun sözlərinə görə, göldən götürülən su, hovuzlarda bir neçə gün saxlanılır. Yad cismlər çökəndən sonra duzlu su buxarlandırılır. Nəm duzun tərkibinə Norveçdən alınan keyfiyyətli yod qatılır və qurudulur. Məhsul qablaşdırılandan sonra anbarlara vurulur və satışa çıxarılır. Zavodun texnoloji sxemində Avropanın son model texnoloji avadanlıqlarından və avtomatik idarəetmə sistemindən istifadə edilir.

İstehsal prosesində duzdan analizlər götürülür, keyfiyyətə ciddi nəzarət olunur. Standarta cavab verməyən duzlar təkrar emala qaytarılır.

Masazır Duz Zavodunun daxil olduğu “Azərsun Holdinq”in İctimaiyyətlə Əlaqələr və Sosial Xidmətlər Departamnetinin bölmə rəisi Afiq Səfərov jurnalistlərə bildirdi ki, şirkət yaxın vaxtlarda silahlı qüvvələri də duzla tımin etmək niyyətindədir. Müdafiə Nazirliyinin elan etdiyi tenderə qatılan şirkət ordunu keyfiyyətli duzla təmin etməyi özünə şərəf bilir.

Zavodun direktoru Əli Kamal qeyd edib ki, regionda analoqu olmayan Masazır Duz Zavodu yaxın illərdə istehsal gücünü bir neçə dəfə artıracaq.


Ruslan

21 İyun, 2011  20:04 Baxılıb: 1756

Bu bölmədə