Simsar.az | bizi özünüzə Simsar bilin
Prezidentin kürəkəni Londonda konsert verəcək

Konsert iyulun 21-də olacaq

Rusiyada yaşayan azərbaycanlı iş adamı və müğənni Emin Londonda konsert proqramı ilə çıxış edəcək.

APA-nın müğənninin rəsmi internet saytına istinadən yaydığı məlumata görə, konsert iyulun 21-də “Under the Bridge” klubunda keçiriləcək.
Xatırladaq ki, Emin iyulun 7-də Bakıda Yaşıl Teatrda solo konsert proqramı ilə çıxış edəcək. Konsert çərçivəsində müğənninin yeni klipinin təqdimatı da olacaq. Hər dəfə olduğu kimi, Emin bu konserti də xeyriyyə məqsədi daşıyır.

21 İyun, 2011  18:54 Baxılıb: 972

Bu bölmədə