Simsar.az | bizi özünüzə Simsar bilin
AZƏRBAYCAN AVROPA İTTİFAQINA İNDİDƏN YOX DEDİ

VALEH ƏLƏSGƏROVDAN SENSASİON AÇIQLAMA 

Azərbaycan hələ Avropa İttifaqına üzvu olmamış indidən bu qurumla ortaya problemlər çıxıb. Milli Məclisin vitse-spikeri Valeh Ələsgərov Avropa İttifaqına mesaj göndərərək Azərbaycanın bu quruma üzv olmaqdan imtina edə biləcəyini diqqətə çatdırıb. Simsar.az-ın məlumatına görə, o, jurnalistlərə açıqlamasında deyib:

“Ərazi bütövlüyü həll olunmayınca, əhali öz torpaqlarına qayıtmayınca, Azərbaycanın Avropa İttifaqına üzvlüyü mümkün deyil. Bu problem həll olunmayınca üzvlükdən söhbət gedə bilməz. Əgər tərəfdaşlıq və əməkdaşlıq ediriksə, ərazi bütövlüyümüz təmin olunmalıdır. Ədalət təmin olunmalı, münaqişə sülh yolu ilə həll edilməlidir. Azərbaycanın bu münaqişəni öz gücü hesabına həll etmək imkanı var. Lakin rəsmi Bakı münaqişənin sülh yolu ilə həllinə tərəfdardır”.

21 İyun, 2011  18:36 Baxılıb: 1100

Bu bölmədə