Simsar.az | bizi özünüzə Simsar bilin
Nazir İsmət Abasov nikbin danışdı

"Bu il kənd təsərrüfatı məhsullarının istehsalında artım gözlənilir"

Azərbaycanda ərzaq ehtiyatlarının mühafizəsi üzrə təşkilatın yaradılmasına ehtiyac var. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı jurnalistlərə kənd təsərrüfatı naziri İsmət Abasov məlumat verib.

"Bu il kənd təsərrüfatı məhsullarının istehsalında artım gözlənilir, ona görə də gələcəkdə belə strukturlar lazım olacaq", - Abasov bildirib.

Bir müddət əvvəl nazir 2011-ci ildə kənd təsərrüfatı məhsullarının istehsalında ötən illə müqayisədə altı faiz artım olacağını proqnozlaşdırmışdı.

Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatına görə, 2011-ci ilin yanvar-mayında Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalı 5,3 faiz, o cümlədən bitkiçilik 5,7 faiz, heyvandarlıq 5,3 faiz artıb.

Yanvar-mayda istehsal edilən kənd təsərrüfatı məhsullarının ümumi həcmi faktiki qiymətlərlə 940,9 milyon manat təşkil edib.

Məlumata əsasən, ölkədə yaz tarla işləri başa çatmaq üzrədir və iyunun 1-nə 376,3 min hektar sahədə yazlıq bitkilərin səpini aparılıb. Ötən illə müqayisədə əkin sahəsi 6,7 faiz və ya 23,8 min hektar artıb.

21 İyun, 2011  18:31 Baxılıb: 1201

Bu bölmədə