Simsar.az | bizi özünüzə Simsar bilin
Azərbaycan müğənnilər Beynəlxalq Festivalda

Festival i Türkiyədə keçiriləcək

İyul ayının 1-dən 8-ə kimi Türkiyədə TÜRKSOY-un təşkilatçılığı ilə “Silifke Musiqi Haftası” çərçivəsində 38-ci Beynəlxalq Türkdilli Ölkələrin Pop və Xalq Musiqisi İfaçılarının Festivalı keçiriləcək.

Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsindən Simsar.az-a verilən məlumata görə, 1974-cü ildən keçirilən festivala bu il Azərbaycan, Rusiya, Yunanıstan, Kosova, Makedoniya, İtaliya, Rumıniya daxil olmaqla 25-dən çox ölkənin iştirakçıları qatılacaq. Festivalda Türkiyənin tanınmış müğənniləri Gülben Ergen, Gökhan Özen, Zara, Murat Dalkılıç və Hadise iştirak edəcək. 

Azərbaycanı isə Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkil etdiyi “Bakı Gecələri” Estrada Mahnı Festivalının qalibi və laureatları Cəlal Abbasov, Günel Ələkbərova və Nurlan Əzizbəyli təmsil edəcəklər.

21 İyun, 2011  18:03 Baxılıb: 1312

Bu bölmədə