Simsar.az | bizi özünüzə Simsar bilin
İsa Qəmbər və Əli Kərimlinin partiyalarından imtina

İqbal Ağazadə: “AXCP və Müsavata əməkdaşlıq təklif etmək niyyətimiz yoxdur”

“Ola bilsin, ideya tam mənada “kölgə parlamenti” olmasın, ancaq mahiyyət etibarilə Azərbaycanda ardıcıl, davamlı mübarizəsinin tərəfdarıyıq. Biz, istər regionda, istər ərəb ölkələrində mövcud olan ab-hava üzərində siyasət qurulmasının tərəfdarı deyilik. Buna görə də bəzi tədbirlər fikirləşirik. Yaxın zamanlarda mətbuata bu barədə obyektiv bir informasiya verəcəyik”. 

Bu sözləri Lent.az-a açıqlamasında Ümid Partiyasının sədri İqbal Ağazadə deyib. O, bununla müttəfiqi ADP sədri Sərdar Cəlaloğlunun “Ümid partiyası və digərləri ilə ayrıca kölgə parlamenti yaratmaq niyyətindəyik” sözlərinə münasibətini açıqlayıb.

İ.Ağazadə deyib ki, əgər belə bir ideya gerçəkləşərsə, burada ADP və Ümid anlayışı olmayacaq: “Bu ideyanın müəllifi təkcə biz deyilik. Biz də ideyanın müəlliflərindən biriyik, spektr genişdir”.

“Yaradılacaq yeni qurumda AXCP və Müsavata əməkdaşlıq təklif ediləcəkmi” sualına isə Ümid sədri “hələlik belə bir niyyətimiz yoxdur” cavabını verib.

21 İyun, 2011  16:57 Baxılıb: 1318

Bu bölmədə