Simsar.az | bizi özünüzə Simsar bilin
Hidayət Orucov etiraf etdi

Prezidentin müdaxiləsindən sonra Dövlət Komitəsinin fəaliyyətindəki problemlər aradan qaldırıldı

“Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi 2001-ci ildə zərurətdən yaranıb. Təəssüflər olsun ki, yarandığı ilk vaxtlarda qurumun fəaliyyətində problemlər olub”.

APA-nın məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Hidayət Orucov Komitənin yaranmasının 10 illiyinə həsr olunmuş tədbirdəki çıxışında deyib. H. Orucov bildirib ki, prezidentin müdaxiləsindən sonra Dövlət Komitəsinin fəaliyyətindəki problemlər aradan qaldırılıb, komitənin fəaliyyəti yenidən qurulub.


O, DQİDK-nın son illər çoxşaxəli fəaliyyət göstərdiyini, dini qurumlarla ardıcıl işlədiyini vurğulayıb.

21 İyun, 2011  14:45 Baxılıb: 1020

Bu bölmədə