Simsar.az | bizi özünüzə Simsar bilin
Qarabağ erməniləri azərbaycanlılar üçün darıxıb?

Bayram Səfərov deyir ki, "hə"

APA-nın məlumatına görə, bu barədə “Dağlıq Qarabağın azərbaycanlı icması” İctimai Birliyinin sədri Bayram Səfərov bildirib.

İcma rəhbəri hesab edir ki, Dağlıq Qarabağda yaşayan, Azərbaycan vətəndaşı olan ermənilər Azərbaycanda gedən inkişafı görür və bundan bəhrələnməyi düşünürlər.

”Biz öz torpaqlarımıza darıxdığımız qədər oradakı sadə ermənilər də bizim ora qayıtmağımız üçün darıxırlar”, - deyə B. Səfərov vurğulayıb.

B. Səfərov deyib ki, Dağlıq Qarabağda 1992-ci ilə qədər yaşamış ermənilər və onların övladları Azərbaycan vətəndaşlarıdır. Dövlət onları vətəndaşlıq qeydiyyatından çıxarmayıb və istəsələr, Azərbaycan vətəndaşlığını təsdiq edən şəxsiyyət vəsiqəsi ala bilərlər: “Onlara verilən digər şəxsiyyət vəsiqələri saxtadır. Bu bölgədə yaşayanlar yalnız Azərbaycan vətəndaşı kimi Azərbaycanın pasportunu daşıya bilərlər. Mən onlara çağırış edirəm: bu zülmdən özünüzü qurtarın. Övladlarınıza yazığınız gəlsin”.

21 İyun, 2011  16:16 Baxılıb: 986

Bu bölmədə