Simsar.az | bizi özünüzə Simsar bilin
Prezident və xanımı həbs olundular

Tunisin diktatoru və arvadı 35 il cəza aldı

Tunisin devrilmiş diktatoru Zeynal Abidin bin Əlinin Tunis paytaxtında məhkəməsi olub. Simsar.az-ın məlumatına görə, prosesdə Bin Əli ilə onun həyat yoldaşı Leyla Trabelsi də mühakimə olunub. Məhkəmədə büdcə vəsaitlərinin mənimsənilməsi, silah və narkotik maddələr ticarəti, silah alveri ilə bağlı epizodlar araşdırılıb. 

İstintaq devrilmiş diktatorun bir neçə sarayından ümumilikdə 27 milyon dollar dəyərində zinət əşyaları və valyuta götürüldüyünü deyib. Məhkəmə prosesində Zeynal Abidinin əleyhinə ittihamların yalnız kiçik bir hissəsi olub. Ümumilikdə onun barəsində 300-ə yaxın cinayət işi başlanıb. Bunların əksəriyyətinə hərbi tribunalda baxılır. Məhkəmə Bin Əliyə və arvadına qarşı ittihamları təsdiqlənib. O və xanımı Leyla Trabelsi ayrı-ayrılıqda 35 il həbs cəzasına məhkum olunublar.

21 İyun, 2011  16:16 Baxılıb: 1152

Bu bölmədə