Simsar.az | bizi özünüzə Simsar bilin
Türk komandan Bakıda

General Mətin Gürak Müdafiə Nazirliyində görüşlər keçirəcək

Türkiyə Silahlı Qüvvələri Quru Qoşunları Hərbi Akademiyasının (Kara Harp Akademisi) komandanı, general-leytenant Mətin Gürakın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana gəlib.

Bu barədə APA-ya hərbi mənbələrdən məlumat verilib. Hərbi akademiyanın 5 zabitindən ibarət heyət bir neçə gün Bakıda olacaq. Səfər çərçivəsində Türkiyə nümayəndə heyətinin Müdafiə Nazirliyində bir sıra görüşləri planlaşdırılır.

General M. Gürakın, həmçinin Silahlı Qüvvələrin Hərbi Akademiyası, hərbi məktəblər, Dövlət Sərhəd Xidməti və Daxili Qoşunlarda da görüşlər keçirəcəyi gözlənilir.

21 İyun, 2011  16:02 Baxılıb: 1039

Bu bölmədə