Simsar.az | bizi özünüzə Simsar bilin
BƏŞƏR ƏSƏD NÖVBƏDƏNKƏNAR SEÇKİ ELAN ETDİ

Aylardın hökumət əleyhinə nümayişlərin səngimədiyi Suriyada prezident Bəşər Əsəd xalqa müraciət edib

«Reuters»ə istinadən verdiyi məlumata görə, o, avqustda növbədənkənar seçki keçirilməli olduğunu açıqlayıb. «Avqustda yeni parlament qura bilsək, sentyabrda köklü islahatlar paketini reallaşdıracağıq», - deyə Əsəd qeyd edib.

Suriya Konstitusiyasının yenidən hazınrlanması üçün komitə yaradacağını deyən prezident məsələnin 1 aya həllini tapacağını qeyd edib.

Xatırladaq ki, son aylarda Suriyada hökumət qüvvələrilə nümayişçilər arasında davam edən toqquşmalar 1200-dən artıq insanın həyatına son qoyub.

21 İyun, 2011  02:39 Baxılıb: 1079

Bu bölmədə