Simsar.az | bizi özünüzə Simsar bilin
İsrail Azərbaycana görə, "soyqırım"ı tanımaqdan imtina etdi

"Biz yüz il əvvəlki mübahisəli məsələlər üzündən strateji tərəfdaşımız olan Azərbaycanla münasibətlərimizi korlaya bilmərik”

İsrailin qanunvericilik üzrə nazirlik komissiyası professor Arye Eldadın qondarma erməni soyqırımına həsr olunmuş “xatirə günü”nün tətbiqinə dair qanun layihəsini qəbul etməkdən imtina edib. ANS PRESS-in xarici mətbuata istinadən verdiyi xəbərə görə, deputat Eldad hər il 24 aprel tarixində məktəblərdə guya 1915-ci ildə baş verən faciəvi hadisələr barəsində danışılmasını təklif edibmiş. O, hökuməti Türkiyədən qorxmamağa və qondarma erməni soyqırımını tanımağa çağırıb, lakin nazirlik komissiyasında onun təklifinə məhəl qoyulmayıb. 


Xatırladaq ki, 23 may tarixində “İsrail bizim evimizdir” fraksiyasından olan xarici işlər nazirinin müavini Dani Ayalon bəyan edib ki, “Knessetin “erməni soyqırımı”nı tanıyacağına heç bir şans yoxdur: "Bu, mümkün deyil. Biz yüz il əvvəl baş verən hadisələrlə bağlı mübahisəli tarixi məsələlər üzündən müsəlman dünyasında əsas strateji tərəfdaşımız olan Azərbaycanla münasibətlərimizi korlaya bilmərik”.


20 İyun, 2011  21:38 Baxılıb: 1047

Bu bölmədə