Simsar.az | bizi özünüzə Simsar bilin
ELMİRA SÜLEYMANOVA RAMİL USUBOVA MƏKTUB YAZIB

Ombudsman daxili işlər nazirinə müraciət edib

Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili Elmira Süleymanova ABŞ vətəndaşı, jurnalist xanım Amanda Eriksonun və Böyük Britaniya vətəndaşı, hüquq müdafiəçisi xanım Silva Devisin Bakı şəhəri Yasamal rayonu ərazisində naməlum şəxslər tərəfindən döyülməsi ilə bağlı məlumatı nəzərə alaraq, daxili işlər naziri Ramil Usubova məktubla müraciət edib. Bu barədə bazar ertəsi Trend-ə Ombudsman Aparatının mətbuat xidmətindən məlumat verilib.

Ombudsman qeyd olunan məsələni şəxsi nəzarətə götürməyi, təqsirkar şəxslərin tapılaraq məsuliyyətə cəlb olunmasını və nəticəsi barədə məlumat verilməsini nazirdən xahiş edib.

İyunun 15-dən 16-na keçən gecə saat 00:30 radələrində ABŞ vətəndaşı Amanda Eriksonla Böyük Britaniya vətəndaşı Silya Devis Yasamal rayon Polis İdarəsinə müraciət edərək 4 nəfər naməlum şəxs tərəfindən döyüldüklərini deyiblər.

20 İyun, 2011  21:21 Baxılıb: 1327

Bu bölmədə