Simsar.az | bizi özünüzə Simsar bilin
Bəşər Əsədin sonuncu çıxışı

“Bütün bunları geridə qoyub gözəl Suriya yaratmalıyıq”  

Suriya prezidenti xeyli müddət sürən susqunluqdan sonra danışdı. 
Prezident Bəşər Əsəd bu günkü çıxışında Qərb koalisiyasına qarşı daha radikal fikirlər səsləndirib.

Xalqına güvəndiyini söyləyən Əsəd ortalıqda bir çox dedi-qodu gəzdiyini, lakin bunların əhəmiyyətsiz olduğunu deyib.

Əllərinə yeni məlumatlar keçdiyini vurğulayan Suriya lideri söz-söhbətlərə gəlincə bildirib ki, onun ölkədən qaçması barədə məlumatlar doğru deyil.

“Suriyanın çox mənalı və əhəmiyyətli nöqtəsindəyik. Keçmişdə tökülən bütün qanlar və açılan bütün yaralardan yeni, parlaq Suriya yaradacağıq” deyən Əsəd baş verənlərin arxasında fürsətcilərin durduğunu deyib: "Çox əhəmiyyətli şeylər baş verdi. Təhlükəsizliyimiz sual altında qaldı. Bir çox müsəlman öldü ya da yaralandı. Yaşananlar böyük bir itkindir. Kədərləndiyimi təkrar bildirirəm. Bütün bunları geridə qoyub gözəl Suriya yaratmalıyıq”.

Bəşər Əsəd bildirib ki, problemləri həll etmək üçün Suriyanı mikroblamlardan təmizləmək lazımdır: “Bizə qarşı böyük xarici təzyiq var. Sahib olduğumuz dəyərlərdən imtina etməyimizi istəyirlər. Biz xaricdən gələn müdaxilələrə qarşıyıq. Suriyada xalqın tələblərini səmimi şəkildə ifadə edənlər var. Onlarla işmiz yoxdu. Amma problemlərdən sui-istifadə edənlər də var. İşsizlik kimi problemlərin fərqindəyik. 30 ildən çoxdur, davam edən tələblərin nəzərə alınması lazımdır”.

B.Əsəd qeyd edib ki, qiyamçılara qarşı mübarizədə ona xalq kömək edib: “Az qala bəzi yerlərdə uğurlu qiyamlar etdilər. Xalq həyatları bahasına onların qarşısında dayandı. Mülki əhalinin qiyama qarşı çıxışı olmasaydı, vəziyyət daha pis olacaqdı. Xalqımızın fədakarlığı sayəsində təxribatçılar parçalandılar. İslahatlara mane olmaq istəyənlər var. Bunları xalqın problemləri deyil, şəxsi maraqları düşündürür”.

Ruslan

20 İyun, 2011  20:18 Baxılıb: 998

Bu bölmədə