Simsar.az | bizi özünüzə Simsar bilin
6 gündən sonra Azərbaycanın gücünü dünya görəcək

"Ölkəmizin mənəvi, psixoloji, iqtisadi, sosial, siyasi üstünlüyü nəticə etibarilə xarici dairələri Ermənistana təzyiq göstərməyə vadar edəcək"

Azərbaycanın gücünü və qüdrətini bütün dünya iyunun 26-da keçiriləcək hərbi paradda görəcək, Simsar.az-ın məlumatına görə, bunu hakim Yeni Azərbaycan Partiyası icra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı YAP-ın rəsmi saytına müsahibəsində deyib.

"Bir daha qüvvələr nisbətinin bütün istiqamətlərdə Azərbaycanın xeyrinə dəyişdiyini hər kəs anlayacaq. Ölkəmizin mənəvi, psixoloji, iqtisadi, sosial, siyasi üstünlüyü nəticə etibarilə xarici dairələri Ermənistana təzyiq göstərməyə vadar edəcək", - YAP funksioneri vurğulayıb.

Onun sözlərinə görə, işğalçı Ermənistan dövlətin iqtisadiyyatına nə qədər kapital qoysa da, Azərbaycanla yarışda uduzacaq. Buna səbəb Azərbaycanın sürətli inkişafı, ölkəmizin iqtisadi gücüdür.

"Ölkəmizin hərbi sənayesi formalaşıb, Azərbaycan hərbi təhlükəsizliyini, hərbi təminatını reallaşdırmaq üçün geniş proqram həyata keçirir. Ölkəmizin 17,2 min kvadrat kilometr ərazisi işğal olunub. İşğal olunmuş ərazilərini azad etmək Azərbaycanın hüququdur. Bu hüququnu təmin etmək üçün Azərbaycan diplomatik siyasəti ilə bərabər hərbi gücünü də artırmalıdır", - Qurbanlı bildirib.

Təcavüzə məruz qalan ölkənin öz hərbi gücünü artırmasının qəbahət olmadığını deyən YAP rəsmisi qeyd edib ki, qəbahət təcavüzkarın öz hərbi potensialını artırması və başqalarının torpağını işğal etməkdir.

20 İyun, 2011  19:00 Baxılıb: 1125

Bu bölmədə