Simsar.az | bizi özünüzə Simsar bilin
Gürcüstanda aksiyalar qadağa olunur

Hakimiyyət qanuna dəyişiklik edir

Gürcüstana Konstitusiya quruluşu və hakimiyyətin güc yolu ilə dəyişdirilməsinə çağırışların edilməsi qadağan olunacaq. 

Simsar.az-ın “apsny.ge” saytına istinadən verdiyi məlumata görə, bununla bağlı aksiyaların keçirilməsinə qadağa qoyulmasını nəzərdə tutan qanun layihəsini Gürcüstan parlamentindəki çoxluq hazırlayıb. Qanun layihəsi ölkənin suverenliyi və ərazi bütövlüyünün pozulmasına yönəlik, eyni zamanda milli, dini və sosial qarşıdurmaların yaradılması ilə bağlı aksiyaların qadağan edilməsini də nəzərdə tutur. Qanun layihəsi parlamentin iyunun 21-də keçiriləcək növbədənkənar iclasında müzakirəyə çıxarılacaq.

20 İyun, 2011  18:55 Baxılıb: 1130

Bu bölmədə