Simsar.az | bizi özünüzə Simsar bilin
İlham Əliyev Brüsselə gedəcək

Azərbaycan prezidenti Avropa İttifaqının prezidenti ilə görüşəcək

APA-nın Avropa İttifaqının mətbuat xidmətinə istinadən yaydığı məlumata görə, həmin gün prezident İlham Əliyevin Avropa İttifaqının prezidenti German van Rompey, Avropa Komissiyasının sədri Joze Manuel Barrozo və Aİ-nin genişlənmə məsələləri və Avropa Qonşuluq Siyasəti komissarı Ştefan Füle ilə görüşləri nəzərdə tutulur. 

Dövlət başçısı həmçinin Krans Montana Forumunun 22-cui illik sessiyasının açılış mərasimində iştirak edəcək. Mərasimə qatılacaq Avropa İttifaqının energetika komissarı Günter Ottinger “Azərbaycan: Avropanın Şərq istiqamətində aparıcı mayakı” mövzusunda nitq söyləyəcək.

20 İyun, 2011  16:29 Baxılıb: 1007

Bu bölmədə