Simsar.az | bizi özünüzə Simsar bilin
Bin Laden söhbəti bitdi

Terrorçu barəsindəki cinayət işi ləğv edildi

Nyu-York Məhkəməsi “əl-Qaidə” terror təşkilatının lideri Üsamə Bin Laden barəsində başlanmış cinayət işinin bağlandığını rəsmən elan edib. 

Simsar.az-ın “mignews.com” saytına istinadən verdiyi məlumata görə, məhkəmə Üsamə Bin Laden ABŞ-ın Pakistanda keçirdiyi xüsusi əməliyyat zamanı öldürüldüyü üçün belə qərar verib. 

Nyu-York Məhkəməsi Üsamə Bin Laden haqqında ilk dəfə cinayət işinin araşdırılmasına 1998-ci ildə Somalidə 18 ABŞ hərbçisinin öldürülməsindən sonra başlayıb. Bir müddət sonra Şimali Afrikada və digər bölgələrdə törədilmiş terror aktları da bu siyahıya daxil olub. ABŞ Federal Prokurorluğunun Üsamə Bin Laden haqqında cinayət işinin bağlanması ilə bağlı məhkəməyə təqdim etdiyi müraciətdə 200 bənd yer alıb. Prokurorluq müraciətində DNK analizlərinin nəticəsinə əsasən “əl-Qaidə” liderinin öldürüldüyünü bildirir.

18 İyun, 2011  17:09 Baxılıb: 1020

Bu bölmədə