Simsar.az | bizi özünüzə Simsar bilin
Pentaqona terror xofu

Şübhəli şəxs saxlanılıb, onun üzərindən atılmış güllə gilizi və islam ədəbiyyatı çıxıb

ABŞ polisi partlayış təhlükəsi ilə bağlı Pentaqon ətrafındakı yolları bağlayıb. 

Simsar.az-ın “obozrevatel.com” saytına istinadən verdiyi məlumata görə, polis bu gecə Efiopiya əsilli amerikalı saxlanılıb. 

Onun üzərindən atılmış güllə gilizi və islam ədəbiyyatı çıxıb. Saxlanılan şəxsin bel çantasından partlayıcıların hazırlanmasına istifadə edilən nitrat-amonium da tapılıb.

Bu şəxs Pentaqon yaxınlığındakı Arlinqton qəbiristanlığında polisin diqqətini çəkib. Onu izləyən polis qəbiristanlıq və ABŞ Müdafiə Nazirliyinin binası arasında saxlanılmış avtomobili görüblər. CBS telekanalının yaydığı məlumatda bildirilir ki, polis şübhəli şəxsin Pentaqon ətrafında bir neçə partlayıcı qurğu yerləşdirməsindən şübhələnir. Ancaq partlayıcı qurğu tapılıb-tapılmadığı barədə xəbər verilmir. “ABC News” telekanalı isə xilasedicilərin bir partlayıcı qurğunu zərərsizləşdirdiyi bildirib, ancaq ətraflı məlumat verməyib.

18 İyun, 2011  17:09 Baxılıb: 986

Bu bölmədə