Simsar.az | bizi özünüzə Simsar bilin
İctimai Palatanın üzvləri polisə çağrılıb

Mitinq təşkilatçılarına BŞBPİ-də xəbərdarlıq olunacaq

İctimai Palatanın sabaha təyin etdiyi mitinqlə bağlı müxalifət nümayəndələri Bakı Şəhər Baş Polis İdarəsinə çağrılıblar.  

Bu barədə Simsar.az-a Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublu bildirib. Onun sözlərinə görə, mitinq təşkilatçıları qismində polisə İctimai Palatadan (İP) Gülağa Aslanlı və Mustafa Hacılı dəvət olunub.

İctimai Palata iyunun 19-u saat 17.00-da Nərimanov Kinoteatırının qarşısında mitinq keçirməyi planlaşdırıb. Daxili İşlər Nazirli bəyan edib ki, Bakı Şəhər İcra Hakimiyyətilə razılaşdırılmayan mitinqin qarşısı hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən alınacaq.


18 İyun, 2011  16:42 Baxılıb: 1040

Bu bölmədə