Simsar.az | bizi özünüzə Simsar bilin
"EURO-2012"-NİN MÜKAFAT FONDU AÇIQLANDI

2012-ci ildə baş tutacaq futbol üzrə Avropa çempionatının mükafat fondu açıqlanıb.

Gələn ilin iyununda Ukrayna və Polşada keçiriləcək final mərhələsinin mükafat fondu 196 milyon avro təşkil edəcək. Bu, UEFA-nın İcraiyyə Komitəsinin iclasında qəbul olunub və məbləğ "Euro-2008"-lə müqayisədə 12 milyon avro artırılıb.

Final mərhələsinin hər iştirakçısı 8 milyon, qrupdan çıxan 2 komanda hərəsi 2 milyon avro qazanacaq. Yarımfinal və finala vəsiqənin qiyməti müvafiq olaraq 3 və 4,5 milyon avrodur. Nəhayət, növbəti Avropa çempionu 7,5 milyon mükafat alacaq.

Qrup mərhələsində hər qələbənin qiyməti 1, heç-heçə yarım milyon avrodur. Beləliklə, "Euro-2012"-in qalibi maksimal olaraq 23,5 milyon avro qazana biləcək. Bundan əlavə, qrupda 3-cü yeri tutaraq, mübarizəni dayandıran komandanın da mükafatlandırılması praktikası tətbiq olunur. Onlar 1 milyon avro alacaqlar.

Qeyd edək ki, milli komandamız "Euro-2012"-in final mərhələsinə çıxmaq şansı demək olar olmadığından, 8 milyon əldən çıxıb.

17 İyun, 2011  23:52 Baxılıb: 1456

Bu bölmədə