COP29 zamanı bağçalar fəaliyyət göstərəcək? – Açıqlama
“Bu ilin noyabr ayında Azərbaycanda keçirilən COP29 zamanı bağçaların fəaliyyət göstərməsinin tərəfdarıyıq”. Simsar.az “Report”a istinadla xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev deyib. Onun sözlərinə görə, işləyən analar üçün bağça önəmlidir: “Ona görə də bağçalar həmin ərəfədə fəaliyyətini davam etdirəcək. Sadəcə xüsusi hallarda ümumi prosesin fəaliyyəti üçün hər hansı problem yaradacağı təqdirdə müdaxilə oluna bilər. Çünki normalda bağçalarda məcburi davamiyyət yoxdur. Misal olaraq, adətən, valideynlər məzuniyyətə gedirsə, övladlarını özləri ilə götürürlər. Amma ümumilikdə tədbir zamanı bağçaların fəaliyyət göstərməsi nəzərdə tutulur”.
10 Sentyabr, 2024 12:24 ⁄ Baxılıb: 1995
Bu bölmədə30 Sentyabr, 2024 Braziliya Ciu-citsusu üzrə Azərbaycan Respublikasının Dövlət Suverenliyi gününə həsr olunmuş yarış keçirilib30 Sentyabr, 2024 Deputatlara vəsiqələri verildi27 Sentyabr, 2024 WRO Dünya Robot Olimpiadasının qalibləri16 Sentyabr, 2024 Səccad Həsənli məktəbli oldu12 Sentyabr, 2024 Tanınmış jurnalistə vəzifə verildi |