Daha 24 ailə doğma Xocalıya qayıdır
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Xocalı şəhərinə 24 ailədən ibarət 88 nəfər köçürülüb. “Report”un Qarabağ Bürosunun verdiyi xəbərə görə ailələr artıq Xocalı şəhərinə çatıb. Ailələri Xankəndi şəhərində Ağdərə və Xocalı rayonlarında Azərbaycan respublikası prezidentinin xüsusi nümayəndəliyinin nəzdində Xankəndi, Ağdərə və Xocalı rayonlarında xüsusi nümayəndəliyinin və Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin məsul şəxsləri qarşılayıblar. Ailələrə ANAMA əməkdaşları tərəfindən mina təhlükəsizliyinə qarşı məlumatlar verilib, maarifləndirici bukletlər paylanılıb. Xocalı sakinlərinə doğma yurdlarına dönüş münasibətilə göz aydınlığı verilib evlərin açarları paylanılıb. Qeyd edək ki, Xocalıya köçürülən ailələr Respublikanın müxtəlif ərazilərində yardımçı tikililər, və müxtəlif müəssisələrə məxsus olan binalarda məskunlaşan xocalılar olub. İndiyədək Xocalı şəhərində 44 ailə, yəni 169 nəfərin daimi məskunlaşması təmin edilib.
29 May, 2024 15:32 ⁄ Baxılıb: 9266
Bu bölmədə18 Noyabr, 2024 Sabah qar yağacaq30 Sentyabr, 2024 Braziliya Ciu-citsusu üzrə Azərbaycan Respublikasının Dövlət Suverenliyi gününə həsr olunmuş yarış keçirilib30 Sentyabr, 2024 Deputatlara vəsiqələri verildi27 Sentyabr, 2024 WRO Dünya Robot Olimpiadasının qalibləri16 Sentyabr, 2024 Səccad Həsənli məktəbli oldu |