Simsar.az | bizi özünüzə Simsar bilin
TÜRKİYƏDƏN ERMƏNİSTANA TURİST SƏFƏRLƏRİ BAŞLAYIR

Artıq 15 nəfər yay tətilini Ermənistanda keçirmək üçün bilet sifarişi verib

Türkiyədəki iki turizm şirkəti bu ilin avqust ayında turistlər üçün Ermənistana səfərlər təşkil etmək niyyətindədir. Bu barədə məlumatı Türkiyənin "Hurriyet Daily News" qəzeti yazıb. Məlumata görə, İstanbulda yerləşən şirkətlərdən biri erməni Tiqran Altun, digəri isə başqa bir erməni biznesmeni Artyun Dəmirə məxsusdur. 

T.Altun açıqlamasında iki ölkə arasında sərhədlərin 1993-cü ildə bağlandığını deyib. "Uzun illər türk turistlər Ermənistana Gürcüstan ərazisindən keçməkləa gediblər. Ancaq indi vəziyyət dəyişib. Müəyyən məsələləri həll edəndən sonra biz Türkiyənin Xarici İşlər Nazirliyindən razılıq ala və Ermənistana reys təşkil edə bildik".

A.Dəmir isə artıq 15 nəfərin yay tətilini Ermənistanda keçirmək üçün bilet sifarişi verdiyini deyib. Onun sözlərinə görə, ilkin mərhələdə biletlərə daha çox tələbat olacağına inanmadıqlarını gözləyirlər.

Şirkət rəhbərlərinin sözlərinə görə, turistləri daha çox səyahətin təhlükəsizliyi məsələsi maraqlandırır.

Qeyd edək ki, Türkiyədən Ermənistana "hər şey daxil" səfər paketinin qiymətini təşkilatçılar 960-1200 avro dəyərində qiymətləndirirlər. Hazırda İstanbul-İrəvan marşrutu üzrə həftədə iki reys həyata keçirilir.

17 İyun, 2011  20:51 Baxılıb: 1251

Bu bölmədə