![]() |
KİV: İlham Əliyev İspaniyaya getməkdən imtina etdi – Səbəblər
İlham Əliyevin Avropa İttifaqı, Fransa və Almaniya liderlərinin iştirakı ilə Nikol Paşinyanla görüşün keçirilməli olduğu İspaniyaya getməkdən imtina etdiyi bildirilir. Simsar.az xəbər verir ki, bu barədə yerli KİV-də məlumat yayılıb. Qeyd olunur ki, buna səbəb Fransanın destruktiv mövqeyi, eləcə də Paris və Berlinin Türkiyənin toplantısında iştirakla bağlı fikir ayrılığıdır. Bildirilir ki, belə bir şəraitdə Azərbaycan tərəfi danışıqlar aparmaqdan imtina edib. Qeyd edək ki, oktyabrın 5-də Qranadada Avropa Siyasi Birliyinin sammiti keçiriləcək. Beştərəfli görüş sammit çərçivəsində baş tutmalı idi.
4 Oktyabr, 2023 14:44 ⁄ Baxılıb: 8807
Bu bölmədə10 İyun, 2024 Ceyhun Bayramov Ukrayna ilə bağlı görüşə getdi10 İyun, 2024 Prezident Türkiyədə səfərdədir26 Aprel, 2024 İlham Əliyev Berlindədir |