![]() |
Beynəlxalq Olimpiadalar qalibi azərbaycanlı şagird
Allahverdi Yusif Ramil oğlu Avropa - Azərbaycan məktəbinin 3-cü sinif şagirdidir. Riyaziyyat fənnini sevən Yusif bu fənn üzrə keçirilən beynəlxalq olimpiadaların dəfələrlə qalibi olub. Azərbaycanı Beynəlxalq Olimpiadalarada təmsil edən balaca Yusiflə qısa söhbətimizi sizə təqdim edirik. -Yusif necə oldu ki, beynəlxalq olimpiadalarda iştirak etmək qərarına gəldin? -Mən riyaziyyatı çox sevirəm, özümü yarıışlarda yoxlamaq istədim. Müəllimlərimin məsləhəti ilə olimpiadalara qatıldım. -Hansı olimpiadalarda iştirak etmisən? -ABŞ – da keçirilən Kopernik Olimpiadasinda iştirak edib bürünc medal qazanmışam. Beynəlxalq STEM Olimpiadasında isə ayrı – ayrı vaxtlarda 1 qızıl, 1 gümüş, 1 bürünc medal qazanmışam. Bundan əlavə Pangea, və Callenge Olimpiadasindalarından da bürünc medallar qazanmışam. -Yenə olimpiadalara qatılmaq fikrin var? -Bəli, Almaniyanın Berlin şəhərində keçiriləcək Pangea Olimpiadasının Grand Finalına vəsiqə qazanmışam. Eyni zamanda ABŞ – ın Kopernik və Fransada keçiriləcək STEAM Olimpiadalarının finallarında iştirak etmək üçün dəvət almışam. -Yusif böyüyəndə kim olmaq istəyirsən? -Mühəndis olmaq istəyirəm. İstanbul şəhərinin 4-cü körpüsünü mən tikmək istəyirəm. Mən o körpünü tikəcəm və mənə inanmayanlar o körpüdən keçəndə yıxılacaq... -Sənə uğurlar arzulayırıq!
19 Aprel, 2023 16:53 ⁄ Baxılıb: 9170
Bu bölmədə27 Sentyabr, 2023 Qənirə Paşayevanın son durumu açıqlandı27 Sentyabr, 2023 Tarix yazanları tarix yaşadır22 Sentyabr, 2023 Həftəsonunun havası31 İyul, 2023 Surət Hüseynov təyyarədə vəfat etdi 26 İyul, 2023 “Hürriyyət” - in baş redaktoru HƏBS EDİLDİ |