![]() |
Nazirlik “Bravo”nu məhkəməyə verdi
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Radiotezliklər İdarəsi ölkənin aparıcı supermarketlər şəbəkələrindən birinin - “Bravo”nun sahibi olan “Azərbaycan Supermarket” MMC-yə (VÖEN - 1403051411 ) qarşı məhkəmə iddiası qaldırıb. Yeniavaz.com xəbər verir ki, məhkəmə iddiası Bakı Kommersiya Məhkəməsinin hakimi Aytən Əliyevanın icraatına verilib. Məhkəmə iddiasının müqavilədən gələn öhdəliklərlə bağlı olduğu bildirilir. Məlumat üçün bildirək ki, “Azərbaycan Supermarket" MMC 2015-ci ilin fevral ayının 27-də dövlət qeydiyyatına alınıb. “Bravo” supermarketləri ölkənin ən böyük şirkəti hesab olunan “Paşa Holdinq”ə bağlıdır.
27 Fevral, 2023 14:25 ⁄ Baxılıb: 13693
Bu bölmədə28 Noyabr, 2023 Xankəndidə Qarabağ Universiteti yaradılır – Sərəncam31 Oktyabr, 2023 Gələn il fəsillərin Azərbaycana daxilolma vaxtları açıqlandı23 Oktyabr, 2023 Prezident Sumqayıtdadır – Foto20 Oktyabr, 2023 Ağdam sakini Yevlaxdan torpaq aldı... PEŞMAN OLDU... |