![]() |
Sabahın havası açıqlandı
Fevralın 3-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Simsar.az - a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağıntılı olacağı, axşama doğru tədricən kəsiləcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi günün ikinci yarısında mülayimləşəcək. Havanın temperaturu gecə 2-4° isti, gündüz 6°-dək isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunundan 766 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % olacaq. Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensivləşəcəyi ehtimalı var. Axşam tədricən kəsiləcək. Arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 0-5° isti, gündüz 5-8° isti, dağlarda gecə 7-12° şaxta, gündüz 2-7° şaxta olacaq. Gecə və səhər dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq.
2 Fevral, 2023 16:19 ⁄ Baxılıb: 13998
Bu bölmədə28 Noyabr, 2023 Xankəndidə Qarabağ Universiteti yaradılır – Sərəncam31 Oktyabr, 2023 Gələn il fəsillərin Azərbaycana daxilolma vaxtları açıqlandı23 Oktyabr, 2023 Prezident Sumqayıtdadır – Foto20 Oktyabr, 2023 Ağdam sakini Yevlaxdan torpaq aldı... PEŞMAN OLDU... |