![]() |
Hacı Şahin Həsənli: "Bu terror aktını qətiyyətlə qınayırıq"
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndəsi, ilahiyyatçı Hacı Şahin Həsənli bu gün Tehranda Azərbaycan səfirliyinə edilən hücumla bağlı paylaşım edib. Simsar.az xəbər verir ki, o, paylaşımında cinayətdə əli olan hər kəsin ən ağır şəkildə cəzalanmasını istəyib: "İrandakı səfirliyimizə silahlı hücum hamımızın hiddətinə səbəb oldu. Bu terror aktını qətiyyətlə qınayır, Allahdan şəhid olmuş igidimiz Orxan Əsgərov üçün rəhmət, yaralanmış səfirlik əməkdaşları üçün isə şəfa diləyirik. Hamımız bu ağır vəziyyətdə mərdlik nümayiş etdirən diplomatlarımızın yanındayıq. Bu cinayətdə əli olan hər kəsin ən ağır şəkildə cəzalanmasını tələb edirik". Qeyd edək ki, bu gün Yasin Hüseynzadə adlı İran vətəndaşı Tehrandakı Azərbaycan Səfirliyinə avtomatla hücum edərək mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Daha iki nəfər isə yaralanıb.
27 Yanvar, 2023 17:15 ⁄ Baxılıb: 3022
Bu bölmədə2 Fevral, 2023 Prezident Laura Loxmanı qəbul etdi27 Yanvar, 2023 İran səfiri Azərbaycan XİN-ə çağırıldı27 Yanvar, 2023 Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum, ölən var21 Dekabr, 2022 Vasif Talıbov istefa verdi23 Noyabr, 2022 İlham Əliyevin Belqradda rəsmi qarşılanma mərasimi olub |