![]() |
Sabahın hava proqnozu AÇIQLANDI
Azərbaycanda yanvarın 19-da gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Simsar.az - a bildirilib ki, Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman, az çiskin olacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3-6, gündüz 7-10 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 775 mm civə sütunu olacaq. Nisbi rütubət 65-75% olacaq. Azərbaycanın rayonlarında əsasən yağmursuz hava olacaq. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 7-11 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacaq. Gecə və səhər dağlıq rayonlarda yollar buz bağlayacaq.
18 Yanvar, 2023 13:30 ⁄ Baxılıb: 5682
Bu bölmədə25 Aprel, 2023 “Qaynarinfo” 16 yaşında19 Aprel, 2023 Birinci siniflərə qəbul vaxtı açıqlandı19 Aprel, 2023 Beynəlxalq Olimpiadalar qalibi azərbaycanlı şagird |