Simsar.az | bizi özünüzə Simsar bilin
Rusiyanın avropa ölkələrinə qadağası Azərbaycanın xeyrinədir

Rusiya bazarında Azərbaycan məhsulları çoxalır

Avropa ölkələrindən Rusiyaya tərəvəz idxalına qadağa qoyulması nəticəsində Rusiya bazarında Azərbaycanın kənd təsərrüfatı məhsullarının satışı 2-3 dəfə artıb.

Bu barədə Kənd Təsərrüfatı nazirinin müavini Bəhram Əliyev bildirib.

O deyib ki, əvvəllər Rusiya bazarında Azərbaycanın kənd təsərrüfatı məhsullarının satış həcmi təxminən 10-20% idisə, hazırda bu, 40-50%-ə çatıb.

B.Əliyev qeyd edib ki, Azərbaycana xarici ölkələrdən meyvə-tərəvəz gətirilməsinə ehtiyac yoxdur:

«Azərbaycan özünün meyvə-tərəvəzə olan tələbatını 100%-dən çox təmin edir»

17 İyun, 2011  18:26 Baxılıb: 1189

Bu bölmədə