![]() |
İlham Əliyevin Belqradda rəsmi qarşılanma mərasimi olub
Noyabrın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Serbiyanın paytaxtı Belqradda rəsmi qarşılanma mərasimi olub. Simsar.az- ın məlumatına görə, Azərbaycanın və Serbiyanın Dövlət bayraqlarının dalğalandığı meydanda Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi qarşıladı. Azərbaycanın və Serbiyanın Dövlət himnləri səsləndi. Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verdi. Prezidentlər fəxri qarovul dəstəsinin qarşısından keçdilər. Serbiya nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə, Azərbaycanın dövlət və hökumət nümayəndələri isə Prezident Aleksandar Vuçiçə təqdim edildi.
23 Noyabr, 2022 15:00 ⁄ Baxılıb: 7639
Bu bölmədə25 Aprel, 2023 İlham Əliyev Bolqarıstana gedib 2 Fevral, 2023 Prezident Laura Loxmanı qəbul etdi27 Yanvar, 2023 Hacı Şahin Həsənli: "Bu terror aktını qətiyyətlə qınayırıq"27 Yanvar, 2023 İran səfiri Azərbaycan XİN-ə çağırıldı27 Yanvar, 2023 Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum, ölən var |