![]() |
Azərbaycan XİN İndoneziyaya başsağlığı verib
Azərbaycan Xarici İşlər Nazirliyi İndoneziyada baş verən güclü zəlzələ ilə bağlı paylaşım edib. Simsar.az xəbər verir, paylaşımda deyilir: “Qərbi Yavada, İndoneziyada baş verən dağıdıcı zəlzələ xəbəri bizi dərindən kədərləndirdi. Həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzu edirik. Azərbaycan bu çətin gündə dost və qardaş İndoneziyanın yanındadır”. Qeyd edək ki, İndoneziyada baş verən 5,1 bal gücündə zəlzələ nəticəsində 268 nəfər ölüb, 1000-dən çox insan xəsarət alıb, 151 nəfər itkin düşüb.
22 Noyabr, 2022 18:46 ⁄ Baxılıb: 7417
Bu bölmədə25 Aprel, 2023 İlham Əliyev Bolqarıstana gedib 2 Fevral, 2023 Prezident Laura Loxmanı qəbul etdi27 Yanvar, 2023 Hacı Şahin Həsənli: "Bu terror aktını qətiyyətlə qınayırıq"27 Yanvar, 2023 İran səfiri Azərbaycan XİN-ə çağırıldı27 Yanvar, 2023 Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum, ölən var |