![]() |
Mövqelərimiz atəşə tutuldu
Noyabrın 22-si saat 10:35-dən 14:30-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Əzizli yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Yuxarı Ayrım yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub. Simsar.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. "Bundan başqa, noyabrın 22-si saat 09:17-dən 14:48-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Füzuli, Şuşa, Xocavənd, Tərtər və Xocalı rayonları istiqamətlərində yerləşən mövqeləri də fasilələrlə atəşə tutulub. Bu istiqamətlərdə yerləşən bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb", - məlumatda bildirilib.
22 Noyabr, 2022 18:44 ⁄ Baxılıb: 7838
Bu bölmədə25 Aprel, 2023 İlham Əliyev Bolqarıstana gedib 2 Fevral, 2023 Prezident Laura Loxmanı qəbul etdi27 Yanvar, 2023 Hacı Şahin Həsənli: "Bu terror aktını qətiyyətlə qınayırıq"27 Yanvar, 2023 İran səfiri Azərbaycan XİN-ə çağırıldı27 Yanvar, 2023 Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum, ölən var |