Bu ərazilərdə qaz olmayacaq
Siyəzən və Xızı rayonlarının bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq. “Azəriqaz” İB-dən Simsar.az - a verilən məlumata görə, “Qaz İxrac” İdarəsinə məxsus “Yaşma-Siyəzən” Magistral Qaz Kəmərində (MQK) görüləcək təmir işləri ilə əlaqədar, noyabrın 23-ü saat 10:00-dan 17:00-dək “Yaşma-Siyəzən” MQK-dən qidalanan “Giləzi” QPS-dən və digər ölçü qovşaqlarından qaz təchizatının dayandırılması planlaşdırılır. Təmir işləri aparılan müddətdə Siyəzən rayonunun Candahar, Qara Siyəzən və Zarat kəndlərinin, Xızı rayonunun Giləzi və Şorabad qəsəbələrinin, Hərbi şəhərcik yaşayış massivinin, Məşədi Həsən, Sitalçay və Yeni Yaşma kəndlərinin, eləcə də MQK-dən qidalanan qeyri-yaşayış sahələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
22 Noyabr, 2022 15:56 ⁄ Baxılıb: 9178
Bu bölmədə25 Aprel, 2024 Elmira Süleymanova vəfat etdi24 Aprel, 2024 Sabah 31 dərəcə isti olacaq - PROQNOZ19 Aprel, 2024 Sabahın hava proqnozu19 Aprel, 2024 Baş prokuror Ağdaşda qəbul keçirəcək |